Sel zəlzələ bölgəsində həyatı iflic edib: küçə və xəstəxanalar su altında qalıb - FOTOLAR

img

15-03-2023 [17:08]


Türkiyənin Şanlıurfa və on ayaxın şəhərlərə yaşanan sel fəlakəti nəticəsində Əyyubiyə səmtində yerləşən tarixi Balıklıgöl şəhərciyində suyun səviyyəsi 2 metr qalxıb.

Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki, nəticədə baş verən daşqınlar ərazidəki tikliləri və təsərrüfatları su altına alıb.

Məlumata görə, Şanlıurfada axşam saatlarında təsirli olan leysan yağış səbəbiylə bir çox küçə və prospektlərlə bərabər, xəstəxanaları da su basıb.

Reanimasiyada olan xəstələr təcili yardım maşınları ilə kənar şəhərlərdəki xəstəxanalara aparılıb.

Xatırladaq ki, sel nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib, 3 nəfər isə itkin düşüb. 

Zəlzələdən sonra evsizlər üçün qurulan konteynr və çadır şəhərçikləri də yaşanmaz hala dönüb.

Samir Musayev

Mia.az

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR