Müxalifət partiyası üzvləri Fəxri Xiyabanda Heydər Əliyevin qəbrini ziyarət edib

img

08-05-2014 [16:27]



 Bu gün Muasir Musavat Partiyasının nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildöünümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. 

Ziyarətçilər arasında Muasir Musavat Partiyasının sədri Hafiz Hacıyev, partiyada təmsil olunan müavin və müşavirlər, MMP Siyasi Şurasının fəalları və digər üzvlər olub. MMP-çilər mərhum prezidentin məzarı üstünə gül- çiçəklər düzüb. Sonra MMP-çilər oftomoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. 

Daha sonra partiya təmsilçiləri qərargaha gələrək Şuşanın işğalının 22-ci ildönümü ilə bağlı təşkil olunmuş tədbirdə iştirak ediblər. Tədbiri təşkil edən MMP Şuşa rayon təşkilatının sədri Sabir Allahverdiyev öz xatirələri ilə hamını kövrəldib. Daha sonra Şuşadan olan digər partiya üzvləri çıxış ediblər. Tədbir MMP sədri Hafiz Hacıyevin çıxışı ilə sona çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA