Leninin mavzoleyinə zorla girməyə çalışan şəxs: "Çoxlu günahlarım var..."

img

14-03-2023 [21:18]


Moskvada Leninin mavzoleyinə zorla girməyə çalışan şəxs saxlanılıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, adı açıqlanmayan 28 yaşlı rus əvvəlcə "Leninə şikayət edəcəm" desə də, sonradan o, mavzoleyi zorla girmək istəməsinin səbəbini belə izah edib: "Çoxlu günahlarım var, ondan xahiş edəcəm, mənim paklanmağıma dua eləsin".

Rusiya mətbuatı yazır ki, həmin şəxs "Dəlixana"ya göndərilib.

Yeri gəlmişkən, fevralın 6-da sərxoş olduğu bildirilən daha bir rus mavzoleyə “Lenini oyatmaq” üçün girməyə cəhd edib. O, daha sonra "Leninin cəsədini oğurlayacaqdım" deyib.

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA