Partiya sədri Ərdoğanla bağlı paylaşım etdi və... - Mesaj niyə silindi?

img

14-03-2023 [18:29]


Millıət İttifaqının üzvü Demokrat Partiyasının sdəri Gültəkin Uysalın az əvvəl Tviterdə Ərdoğanla bağlı paylaşımı Türkiuyədə böyük rezonas doğurub.

Mia.az xəbər verir ki, onun rəsmi səhifəsindən belə bir paylaşım edilib: "Millət İttifaqının bir hədəfi var: Ərdoğanın iqtidarını davam etdirmək".

Qısa zamana bu paylaşımın sosial şəbəkədə geniş yayılmasını ardından partiya sədri həmin mesajı silib.

İndi Millət İttifaqının tərəfdarları Uysalın səhifəsinin oğurlandığını, əks düşərgə isə buna inanmadığını bildirir.

Qeyd edək ki, Gültəkin Uysal Kamal Kılıçdaroğlunun namizədliyini ən qızğın müdafiə edən partiya lideridir.

Samir Musayev

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA