Akşenerin sözçüsündən AK Partiyaya replika: "Yeni "6-lı Masa" yaranıb..."

img

13-03-2023 [21:34]


Ərdoğanın sədri olduğu AK Partiyanın HÜDA PAR adlı partiya ilə ittifaq qurması Türkiyədə birmənalı qarşılanmayıb.

Mia.az xəbər verir ki, bu gün iki partiyanın mayın 14-də keçiriləcək prezident və parlament seçkləri ilə bağlı razılşmasın İYİ partiyadan da maraqlı şərh verilib.

Partiyanın sözçüsü, professor Kürşad Zorlu keçirdiyi brifinqdə AK Partiyanın Cumhur İttifaqına topladığı xırda partiyalar hesabına yeni "6-lı Masa" yaratdığını bildirib: "Əvvəllər bizə "6-lı Masa" deyirdilər. ancaq biz artıq Millət İttifaqına çevrildik. Adımız da buna dönüşdü. Qənaatim odur ki, "6-lı Masa" artıq Cumhur İttifaqı olub. Onların da digər partiyalarla birlikdə sayını topladığımızda, artıq yeni bir "6-lə Masa"nın ortalıqda olduğunu görürük...".

Zülfyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA