Türkiyəni parçalamağı hədəfləyən partiyanın bəyanatı sual doğurdu - "Cumhur İttifaqı"ndan HUDA PAR-ın qərarına reaksiya
13-03-2023 [00:17]
Türkiyədə mövcud dövlət sistemini dəyişmək, onu patrşalamaq məqsədinin nizamnaməsinə daxil edən HUDA PAR adlı partiyanın mayın 14-də keçiriləcək seçkilərdə Cumhur İttifaqının namizədi Ərdoğanı dəstəkləyəcəklərini bəyan etmıəsi qardaş ölkə cəmiyyətində etiraz doğurub.
Mia.az xəbər verir ki, müxalifəti PKK/YPG-nin Türkiyədəki siyasi qolu HDP ilə əməkdaşlıqda ittiham edən Cumhgur İttifaqının HUDA-PAR-ın bu bəyanatına susqun yanaşıması isə müzakirələri daha da böyüdüb. Xüsusən Cumhur İttifaqının ikinci ən böyük gücü olan MHP lideri Dövlət Bahçelinin susqunluğu müxaliflərin iqtidarın üzərinə daha da"yüklənməsi"nə rəvac verib.
Maraqllı budur ki, AK Partiya və MHP ilə birgə Cumhur İttifaqında təmsil olunan 3-cü partiya - Böyük Birlik Pariyasının sədri Mustafa Desteci isə bölücü partiyanın ittifaqa dəstək bəyanatına "ayaqyeri qoymaq"la münasibət bildirib.
Mustafa Desteci bu barədə suala cavabda deyib ki, HUDA PAR-ın Cumhur İttifaqına qatılmasından söhbət gedə bilməz: "Mənim bildiyim HUDA PAR ittifaqa deyil, yalnız birtərəfli formada prezident seçkilərində bizim namizədə dəstək bəyanatı veriblər. Yəni, onların ittifaqa cəllbindən söhbət getmir...".
HDP ilə bu partiya arasındakı fərqə isə Mustafa Desteci belə cavab verib: "Mən HDP və onun tərəfdarları ilə əl görüşmürəm. Çünki onlar qanlı qatillərin yanındadırlar. Amma sabah- bir gün PKK-ya lənət oxuyarlarsa, o zaman əlimi sıxacağam".
Bir daha xatırladaq ki, HUDA PAR sədri Zekeriya Yapıcıoğlu ötən gün belə bəyanat verib: "Prezident seçkiləri ilə bağlı şəhər və rayon təşkilatlarımızla məsləhətləşmələr apardıq. Qərara aldıq ki, seçkidə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyək. Parlament seçkiləri ilə bağlı isə müzakirələrimiz davam edir".
Onu da qeyd edək ki, HUDA PAR-ın nizamnaməsində yer alan aşağıdakı bu müddəalar nə dövlət, nə digər partiyalar, nə də ümumilikdə cəmiyyət tərəfindən qəbul edilmir:
- Əyalət sistemi, muxtariyyət və federasiya sistemi müzakirəyə açılmalıdır.
- Şeyx Səidin yaxınlarından üzr istənilməlidir
- Mən türkəm deyən nə xoşbəxtdir” sloqanı silinməlidir.
- Kürd dili türk dili ilə yanaşı ikinci rəsmi dil kimi qəbul edilməlidir.
- Mədrəsələr təkmilləşdirilməli, ilkin funksiyalarına qaytarılmalı və rəsmi status verilməlidir.
- Adları dəyişdirilmiş yaşayış məntəqələrinə köhnə adları qaytarılmalıdır.
Samir Musayev
Mia.az
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO