08-05-2014 [12:36]
Mövzu ilə bağlı fikirlərini bildirən Ömürlük Məhbusların Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova açıqlamasında öncə Qobustan Həbsxanasında baş alıb gedən özbaşınalıq, vəzifələrindən sui-istifadənin son həddə çatdığını bildirib. Onun sözlərinə görə,son bir neçə gündə çoxsaylı məhbus ailələri müraciət edib ciddi narazılıqlarını bildiriblər ki, Qobustan Həbsxanasındakı vəziyyətlə bağlı mətbuat konfransı keçirək: "Həbsxananın buraxılış məntəqəsində hərbiçilər səlahiyyətlərini aşaraq, sovqatları yoxlayırlar. Orda təhlükəsizliyi təmin etməli olan hərbiçilər özlərinə aid olmayan işlərlə məşğul olurlar. İllərlə heç bir problem olmayan sovqatları geri qaytarırlar, ayrı-seçkilik edilir. Bir sözlə vəziyyət çox pisdir. Bu gün həbsxanadakı vəziyyətlə bağlı yaxşı heç nə demək mümkün deyil. Mədət Quliyev yeni rəis gələndə vəziyyət bir balaca düzəlmişdi, indi tamamilə pisləşib. Bu həbsxanada dövlətimizin ali qanunları tətbiq olunmur. Həbsxana rəhbərliyinin yaratdığı ciddi informasiya blokadası nəticəsində məhbusların əlaqədar təşkilatlara, dövlət strukturlarına müraciətləri həbsxana rəisi tərəfindən senzuradan keçirildikdən sonra da ünvanına göndərilmir. Müraciət edən məhbuslar təzyiqlərə məruz qalır. Belə məhbuslara həbsxana rəisinin tabeliyində olan personalın vasitəsi ilə saxta ittihamlar tərtib edilir, barələrində həqiqətə uyğun olmayan xoşagəlməz fikir formalaşdırılmaqla rəhbərliklərə yanlış məlumat çatdırılır. Mədət Quliyevin vəzifəyə təyin etdiyi cəzaçəkmə müəssisə rəhbərləri öz vəzifə səlahiyyətlərini aşaraq məhbuslara qarşı qərəzli münasibətlə yanaşırlar. Məhbus yaxınları görüşə gələndə, qanuna müvafiq qaydada tam yoxlanılır. Hətta bəzən qadınlar təhqiramiz surətdə yoxlanılır. Eyni zamanda, görüşə gələn məhbuslar da görüşdən çıxanda otağa salınaraq ciddi şəkildə yoxlanılır. Qorxurlar ki, valideyn həbsxanadan hansısa ərizə və yaxud müraciət aparar. Əgər həbsxana personalı tərəfindən məhbusun saxlanma rejimi qanunamüvafiqdirsə, onun hüququ tapdalanmır, işgəncələrə məruz qalmırsa, informasiya blokadasını belə ciddi nəzarətdə saxlamaq nəyə xidmət edir, məhbusun şikayətindən nə üçün ehtiyat edilir? Həbsxana rəisi məhbusların təkcə azadlıqdan məhrum olduğunu nəzərə almadan, məhbuslara qolu bağlı qul münasibəti göstərir”.
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov da açıqlamasında həbsxanalarda vəziyyətin ürəkaçan olmadığını bildirib. Onun sözlərinə görə, son dövrlər irəliyə doğru müəyyən addımlar atılsa da, xeyli problemlər hələ də qalmaqdadır: "Ədalət naminə demək lazımdır ki, son dövrlər məhbuslarla həbsxana işçilərinin davranışlarında müəyyən dəyişikliklər var. Amma cəmiyyətin hər yerində olduğu kimi, həbsxanalarda da nöqsanlar var. Hesab edirəm ki, mövcud problemlər qısa müddətdə aradan qaldırılmalıdır. Sözsüz ki, bu gün məhbusların qeyri-qanuni karsa salınma halları, məhbus ailələrinə qarşı kobud münasibət, görüşə gələnlərdən rüşvət alırlar, rüşvətsiz heç kimə görüş vermirlər, pul almayınca sovqatı qəbul eləmirlər. Bütün bu əyriliklərin hamısı var. Hesab edirəm ki, bütün bunlar barədə rəhbərlik də məlumatlıdır, əks təqdirdə, heç kim belə özbaşınalıq edə bilməz. ASAN xidmətin vasitəsiylə cəmiyyətin bir hissəsində rüşvəti aradan qaldırmaq mümkün olub. Amma həbsxanaya da ASAN Xidmət aparası deyilik ki? Sözsüz ki, həbsxanalardakı rüşvətxorluq, özbaşınalıq, qununsuzluqlara qarşı mübarizə aparmaq mümkündür, amma nədənsə, bu istiqamətdə ciddi addımlar atılmır”(Unikal).
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı