Ərdoğanın müttəfiqindən "Qızıl Aypara"ya etiraz: "Bu hərəkət qəbuledilməzdir"

img

10-03-2023 [23:54]


"Qızıl Aypara"nın Kahramanmaraşda baş verən zəlzələlərdə "Ahbap"a 46 milyonluq çadır satması hələ də Türkiyə siyasətinin əsas müzakirə mövzusu kimi gündəmdədir.

Mia.az xəbər verir ki, məsələ bu gün "Habertürk TV"də Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqının üzvü, Böyük Birlik Partiyasının sədri Mustafa Destecidən soruşulub.

Pariya sədri "Qızıl Aypara" və onun sədri Kerem Kınıkın bu hərəkətini qəbuledilməz sayıb: "Kerem Kınıq buna görə vəzifəsindən getməlidir. Orada insanlar çadır istəyir, dondurucu soyuqdur. Belə bir vəziyyətdə çadır satmaq nə deməkdir? Bu, əlbəttə, qəbuledilməzdir".

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA