Kılıçdaroğlundan seçki elanına reaksiya: "Türkiyənin dəyişikliyə ehtiyacı var..."

img

10-03-2023 [17:20]


Prezident Ərdoğan seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı fərmanı imzaladıqdan sonra YSK (MSK) seçki təqvimini də açıqlayıb. 

Mia.az xəbər verir ki, seçki tarixinin rəsmən elan olunmasına Millət İttifaqının prezidentliyə namizədi  Kamal Kılıçdaroğlu münasibət bildirib.

O deyib ki, ölkənin dəyişikliyə ehtiyacı var: “Türkiyənin dəyişikliyə ehtiyacı var. Xeyirli olsun”.

Xatırladaq ki, qanuna görə, mayın 14-də seçkidə prezidentliyə namizədlər yetərli səs toplaya bilməzsə, ikinci turda - mayın 28-də təkrar seçki olacaq.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA