CHP-li deputat "Ayrılıq olmamalıdır" yazdı, İYİ partiyalı deputat bəyəndi

img

06-03-2023 [00:16]


CHP-lı deputat Akif Hamzaçebinin son paylaşımı Türkiyənin siyasi kluarlaırnda maraqla qarşılanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP-lı deputat Akif Hamzaçebi Tviter-də belı bir paylaşım edib: "İYİ Partiya ilə illərlə bərabər yol gəldik. Yenə bir yerdə addımlamalıyıq. Ayrılıq olmamalıdır".

Diqqətçəkən məqam budur ki, bu paylaşımı bəyənənlər arasında İYİ partiya mənsubları da çox olub.

Onların arasında Maral Akşenerə daha yaxın olan İYİ partiyalı deputat Lütfü Türkkan da var.

Bu isə "Belə getsə, İYİ partiya ya "6-lı Masa"ya geri dönəcək, ya da bu partiyadan CHP-yə axın olacaq" - xəbərlərinin artmasna səbəb olub.

Qeyd edək ki, Akşenerin "6-lı Masa"dan ayrılmasına etiraz edən İYİ partiyalı Ayhan altıntaş istefa versə də, partiya sədri onunla görüşərək, buna mane olub.

Lamiyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR