Canan Kaftancıoğlu: "Birlikdə elə bir tarix yazacağıq ki..."

img

03-03-2023 [21:44]


İYİ Partiya sədri Meral Akşenerin 6 partiyanı birləşdiyi "Masa"da 5 liderin CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməsinə etiraz olaraq bu gün verdiyi açıqlamalarla bağlı CHP-nin İstanbul şəhər təşkilatının sədri Canan Kaftancıoğlu paylaşım edib.

Mia.az xəbər verir ki, o, Tviter-dəki paylaşımında Akşenerin "6-lı Masa"dan ayrılmasından narahat olmadıqlarını bəyan edib:

"Heç vaxt ümidsiz olmayın. Zəlzələdən zərərçəkən bir vətəndaşımız demişkən, "zəlzələnin özünü bəlkə unuda bilərəm, ancaq sonrasında yaşadığım və  ölənlər şanslı dediyim o üç günü unutmam əsla mümkün deyil'. Xalqımız və itirdiklərimizin üzü suyu hörmətinə birlikdə elə bir tarix yazacağıq ki. Ge-de-cək-lər!".

Samir

MİA.AZ 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA