Müsəlmanların olduğu qayıq İtaliya sahillərində qayaya çırpılıb: 30 nəfərin cəsədi tapılıb, 20 nəfər isə yoxa çıxıb

img

26-02-2023 [15:12]


İtaliya sahillərində əlverişsiz hava şəraiti səbəbindən içində 100-dən çox qaçqının olduğu qayıq batıb.

Mia.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı açıqlama yayıb.

Bildirilib ki, sərt həva şəraiti səbəbindən Krotone əyalətində dənizkənarı kurort bölgəsi olan Steccato di Cutronun sahilinə yaxın yerdə qanunsuz miqrantları daşıyan qayıq qayalıqlara çırpılıb: "Səlahiyyətli şəxslər dərhal hadisəyə müdaxilə ediblər. Qayıqda olan 50-yə yaxın insan xilas edilib, 30 nəfərin cəsədi sahiliə yaxın ərazidə tapılsa da, 20-dən çox insanın taleyindən xəbər yoxdur".

Məlumata görə, qayıqda olan qanunsuz miqrantlar əsasən İran, Pakistan və Əfqanıstan vətəndaşları olub.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR