Aİ-nin Rusiyaya qarşı 10-cu sanksiya paketi qüvvəyə minib

img

25-02-2023 [22:14]


Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 10-cu sanksiya paketi qüvvəyə minib.

Mia.az Report-a istinadla xəbər verir ki, yeni paketdə Rusiyanın 87 fiziki və 34 hüquqi şəxsinə sanskiya tətbiq edilib.

Sanksiyalar paketinə Rusiyanın 10 milyard avroluq ixracının bloklanması, rusiyalı təbliğatçılar, nüfuzlu şəxslər və hərbi rəhbərlərə qarşı məhdudiyyətlər daxildir.

Bununla yanaşı, "Alfa Bank", "Rosbank", "Tinkoff Bank" sanksiyaya məruz qalıb. Məhdudiyyətlər İranın 4 vətəndaşına, habelə "Qods Aviation Industry" şirkətinin direktoruna da şamil olunur.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də “xüsusi hərbi əməliyyat” adı altında Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq