Gülər Əhmədovanın oğlu: “Anamın harada olduğunu bilmirəm”

img

07-05-2014 [11:36]


Dünən şərti olaraq azadlığa buraxılan sabiq millət vəkili Gülər Əhmədovanın hazırda bağ evində istirahət etdiyi bildirilir.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı keçmiş deputatın oğlu Toğrul Əhmədovla əlaqə saxlayıb. 

T.Əhmədov anasının harada olduğunu bilmədiyini deyib: "Hazırda anamın harada olduğunu bilmirəm. Ümumiyyətlə, bu barədə danışmağa ixtiyarım yoxdur”.

Qeyd edək ki, sabiq millət vəkili G.Əhmədova ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı "rüşvət videoları”na görə saxlanılaraq barəsində 3 illik azadlıqdan məhrum etmə qərarı çıxarılmışdı. O, dünən dünən şərti olaraq azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA