Kəşfiyyat: “Yayadək Ukrayna ordusu 1991-ci ilin sərhədlərinə çatacaq və..."

img

23-02-2023 [12:50]


“2023-cü il yayın sonunadək Ukrayna Silahlı Qüvvələri 1991-ci ilin sərhədlərinə çatacaq və müharibə başa çatacaq”.

Mia.az Report-a istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Ukrainskaya pravda”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün bütün imkanları var: “Genişmiqyaslı müharibənin baş qəhrəmanı Ukrayna xalqıdır”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov qarşıdakı bir-iki ayın müharibənin taleyi üçün həlledici olacağını söyləmişdi.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA