Zəlzələdən qorxub qaçan deputat onu məsxərəyə qoyanlara belə cavab verdi: "Vicdanınız qurusun" -FOTO

img

22-02-2023 [22:37]


Canlı yayımda müsahibə verərkən 6.4 bal gücündə yeni zəlzələdən qorxaraq həyəcanla qaçan MHP-lı deputat Lütfi Kaşıkçı onu məsxərəyə qoyanlara cavab verib.

Mia.az xəbər verir ki, Dövlet Bahşelinin lideri olduğu MHP-nin Hatay şəhərindən deputatı olan Lütfi Kaşıkçı onu lağa qoyanlara cavab xarakterli yeni paylaşım edib.

Deputat Hatayın xarabalığa çevrilən görüntülərini göstərərək yazıb: "Belə bir şəhərdən çıxdım. Vicdanınız qurusun. Rəbbim, heç bir qulunu belə bir acı iəe imtihan etməsin".

Xatırladaq ki, canlı yayımı kəsərək qəfil paniklə qaçan deputatınbu hərəkəti  dünya mediasının da gündəmində olub.

Zülfiyyə.

Mia.az 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA