Üç bankın əmlakları satışa çıxarıldı - SİYAHI

img

22-02-2023 [18:07]


“AG Bank”, “Amrahbank” və “Gəncəbank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Bildirilib ki, martın 9-da Bakı Hərrac Mərkəzind\  “AG Bank”a məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, 1 ünvanında yerləşən 453,2 kv.metrlik fərdi yaşayış sahəsindən, “Amrahbank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 ünvanında yerləşən 38,9 kv.metrlik mənzildən, eləcə də “Gəncəbank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 254 ünvanında yerləşən 72 kv.metrlik mənzil satışa çıxarılacaq.

Əmlaklara müvafiq olaraq 220 min manat, 50 min manat və 180 min manat qiymət qoyulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq