Vilayət Eyvazov "Bandotdel"in rəis müavininə yeni vəzifə verdi 

img

22-02-2023 [12:59]


Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

Mia.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib.

Bu təyinata qədər o, DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.

Qeyd edək ki, A.Heydərov daha əvvəl Binəqədi RPİ-də cinayət axtarış şöbəsinin rəis müavini, daha sonra isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi kimi çalışıb.(“Qafqazinfo”)


Digər xəbərlər
SON XƏBƏRLƏR