Çində 2400 il əvvələ aid sifonlu tualet tapılıb - İngilisin icadı əlindən alındı

img

22-02-2023 [10:18]


Çinin Şian şəhərinin Yueyang arxeoloji ərazisində aparılan uzun araşdırmalardan sonra tarixi 2 min 400 il əvvələ dayanan sifonlu tualet tapılıb.

Mia.az CNN-ə istinadla xəbər verir ki, tədqiqatçılar şəhərdəki qədim sarayın qalıqları altında uzun araşdırmadan sonra aşkarladıqları tualet dünya alimlərini belə heyrətləndirib.

O dövr üçün "lüks istehsal" sayılan bu qədim tualetin boru vasitəsi ilə sarayın xaricində bir çuxura birləşdirildiyi ehtimal olunur.

Çin Sosial Elmlər Akademiiyasının Arxeologiya İnstitutunun əməkdaşı Liu Rui dövlət televiziyasında deyib ki, tualet miladdan öncə 475-221-ci illərdə Xan xanedanı tərəfəindən istifadə olunub: "Sifonlu tualet Çinin təmizliyə verdiyi dəyərin açıq bir dəlilidir".

Xatırladaq ki, elmi mənbələrdə ilk sifonlu tualetin 16-cı əsrdə ingilis saray mənsubu Con Harington tərəfındən icad edildiyi yazılıb.

Ləman,

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR