Professordan zəlzələ ilə bağlı xəbərdarlıq: bunları etməyin!

img

21-02-2023 [00:08]


Türkiyədə "Dokuz Eylül" Üniversitetinin Zəlzələ Araşdırma və Ttəbiqi Mərkəzinin müdiri, professor Hasan Sözbilir bir neçə saat əvvəl Hatayda baş verən iki ardıcıl güclü zəlzələ ilə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, professor Kahramanmaraşda fevralın 6-da baş verən zəlzələdən sonra yaranan gərginliyin artması ilə Antakya fayının qırıldığını bildirib: "İlk böyük zəlzələdən sonra qırılan fayın cənub və şimal ucunda gərginlik çoxalmışdı. Nəticədə Antakya fayı bu gərginliyə dayanamayaraq qırıldı. Böyük zəlzələ Antakya fayını tətiklədi. Geçən həftə bu fay üzərində apardığımı müşahidələrdə fayın qırılmaya qarşı zorlandığını göstərən çatlaqlar görürdük".

Professor həmin zonada yaşayan əhaliyə xəbərdarlıq edərək deyib ki, camaat qəzalı binalara girməməli, zəruri ehtiyac olmadığı halda maşınla yola çıxmamalı və telefonlardan istifadə etməməlidir.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR