"Ayaks"ın oyunçusu zəlzələdə həlak olan futbolçunu belə andı - FOTO

img

20-02-2023 [09:54]


Hollandiya liqasında "Ayaks"ın oyunçusu son turun oyununda "Sparta Rotterdam"la qarşılaşmada Türkiyədə zəlzələdə həlak olan futbolçu Kristian Atsunun xatirəsini vurduğu qoldan sonra anıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Ayaks"ını 4-0 qalib gəldiyi qarşılaşmanın 84-cü dəqiqəsində cərimə zərbəsindən qol atan Muhammed Kudus qoldan sonra formasını qaldıraraq, "R.I.P Atsu" yazılmış "mayka"ını kameralara nümayiş etdirib.

Onun bu hərəkəti azarkeşlər tərəfindən böyük alqışa layiq görülüb.

Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdə "Hatayspor"da çıxış edən qanalı Kristian Atsu dağıntılar altında qalıb.

Onun cəsədi fevralın 18-də çıxarılıb və dünən ölkəsinə dəfn olunmaq üçün yola slaınıb.

Fərid,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR