Elnur Aslanova daha bir zərbə

img

06-05-2014 [15:01]


Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin eks-müdiri Elnur Aslanovun kurasiyasına daxil olan daha bir sayt fəaliyyətini dayandırır.

Söhbət "1news.az” və "Gun.az” saytları ilə eyni ofisdə yerləşən ingilisdilli "News.az” saytından gedir. Əldə etdiyimiz məlumata görə, kollektivin işçiləri artıq 2 həftə əvvəl iş yerləri ilə vidalaşıblar. Hazırda redaksiyada iki tərcüməçi qalıb və bu gün sayta cəmi bir xəbər yerləşdirilib.

Gün ərzində sayta rəhbərlik edən Rəhman Hacıyevlə əlaqə saxlamağa çalışsaq da onun telefonu şəbəkə xaricində olub.

Xatırladaq ki, böyük maliyyə vəsaitləri ayrılsa da oxucu auditoriyası toplaya bilməyən Elnur Aslanova məxsus artıq bir neçə saytda kütləvi şəkildə ixtisarlar başlayıb. Bura gun.az, bakupost.az və 1news.az saytları daxildir. Ötən ayın əvvəlində isə "Yurd TV" fəaliyyətini tamamilə dayandırmışdı.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA