Sakinlərlə növbəti səyyar görüş Bayramlı qəsəbəsində keçirilib - FOTOLAR
16-02-2023 [17:31]
Şirvan şəhərinin Bayramlı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirilib.
Mia.az xəbər verir ki, qəsəbə sakinləri ilə səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Bayramlı qəsəbə klubunda keçirilən səyyar görüşdə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin və Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, dövlət başçısı tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan bəhs edib. Xüsusilə aktual məsələlərdən olan sığortanın əhəmiyyəti və daşınmaz əmlak, həyat sığortasının vacibliyi barədə məlumat verib. Baş verən bədbəxt hadisələrə qarşı vaxtında sığortalanmağın faydalarından danışıb.
Son günlərdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatından və dağıntılardan kədərləndiyini bildirib, həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyib. Təbii fəlakət nəticəsində həlak olanların arasında Şirvan sakinlərinin və azərbaycanlı tələbələrin də olmasından məyusluğunu ifadə edib. Bu ağır günlərdə Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyənin yanında olmasını, faciənin fəsadlarının aradan qaldırılmasında və zərəçəkən insanlara yardım olunmasında yaxından iştirak etməsini dövlətlərimiz arasında qardaşlığın bariz nümunəsi olduğunu söyləyib. 2020-ci ildə ölkəmizin çox böyük sınaqlarla üz-üzə qaldığını, eyni vaxtda həm pandemiya ilə, həm də mənfur düşmənlə mübarizə apardığını, hər iki cəbhədə zəfər çaldığını qeyd edib. Dövlət, xalq birliyinin qüdrəti ilə çox böyük hədəflərə nail olunduğunu vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. Şəhər ərazisində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb.
Şirvan şəhərində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 ha torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Xanım Əliyevanın “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını qeyd edib. Sonra Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək peşə təhsilinə diqqətin artırılması, nüfuzunun qaldırılması, faydaları, peşə təhsili insanlar üçün geniş imkanların yaradılması, qısamüddətli peşə kurslarının fəaliyyəti və yüksək peşə təhsili üzrə kadrların hazırlanması, onların məşğulluğunun təminatı barədə məlumat verib. Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq, onun peşə ixtisasına, peşə biliklərinə malik şəxslərlə təmin edilməsinin kifayət qədər aktuallıq kəsb etdiyini vurğulayıb.
Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilməsini, ilkin bilik və bacarıqların aşılanmasını tövsiyə edib.
Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib