Azərbaycandan humanitar yardım aparan daha 2 təyyarə İncirlik aviabazasına enib

img

16-02-2023 [17:26]


Azərbaycandan Türkiyəyə zərərçəkənlər üçün humanitar yardım aparan 2 yük təyyarəsi Adanadakı İncirlik aviabazasına enib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ilk gündən axtarış-xilasetmə işlərinə də dəstək verən Azərbaycandan göndərilən 2 yük təyyarəsi İncirlik aviabazasına çatıb. Bununla da Azərbaycandan qadaş ölkəyə humanitar yardım aparan təyyarələrin sayı 12-yə yüksəlib.

Məlumata görə, təyyarələrdən birində 1000 qızdırıcı və 891 çadır, o birində isə 14 700 paltar və 759 çadır olduğu öyrənilib.

Humanitar yardım materialları təyyarələrdən boşaldılıb və hava yardımı dəhlizinin yerləşdiyi əraziyə daşınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR