Azərbaycanda dövlət çevrilişinə cəhddə adı hallanan Çillər bir milyon bağışladı

img

16-02-2023 [09:59]


Türkiyənin keçmiş baş naziri Tansu Çillər “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində Türkiyədə zərərçəkənlərə bir milyon lirə yardım edib.

Mia.az xəbər verir ki, o, canlı yayımda uzun danışdıqdan sonra ianə məbləğini açıqlaya bilmədən ara kəsilib.

Bu vəziyyət sosial mediada müzakirəyə çıxarılan kimi, proqramın aparıcısı Nazlı Çelik elə canlı yayımda vəziyyətə müdaxilə edib. Deyib ki, "Hörmətli Çillər bu kampanyaya 1 milyon TL bağışlayıb".

Xatırladaq ki, Tansı Çillərin 1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhddə adı hallanıb.

Samir MUSAYEV,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR