Taliban iqtidarından Türkiyəyə salafan torbada pul yardımı... - Səfirlə görüşdə təqdim olundu (FOTO)

img

16-02-2023 [01:05]


Afqanistanın "Taliban" iqtidarı Türkiyəyə cəmi 50 min dollar civarında pul yardımı edə bilib.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, bu barədə Əfqanıstan Yardım (Qızılay) Cəmiyyəti açıqlama yayıb.

Məlumata görə, Əfqanıstan Qızılay Cımiyyətiin sədri Matiul Hak Halis Türkiyənin bu ölkədəki səfiri Cihad Erginayla görüşərək, həmiin pulu şəxsən səfirə təqdim edib. 

Görüşdə o, Türkiyə xalqına başsağlığı verib, yaralılara şəfa diləyib: "Əfqanıstan xalqı Türkiyənin kədərini bölüşür, yaralarını tezliklə sarıyacağına inanır".

Diqqətçəkən maraqlı məqamlardan biri də pulun salafan torbada təqdim olunması olub.

Səfir yardıma görə Əfqanıstan xalqına təşəkkür edib.

Samir

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR