Kahramanmaraşda 2 Azərbaycan vətəndaşı həlak olub - Biri dağıntılar altında qalıb
15-02-2023 [17:57]
"Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ zamanı 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i dağıntılar altında qalıb".
Mia,az Report-a istinadla xəbər verir ki, bunu Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kahramanmaraşda dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbənin vəziyyəti hazırda yaxşıdır: "Kahramanmaraş Sütçü İmam Universitetində 60-a yaxın azərbaycanlı tələbə vardı. Zəlzələ baş verən zamanı ali təhsil müəssisəsinin tələbəsi Göyçə Baxşəliyeva dağıntılar altında qalmışdı. O, təbii fəlakətdən 30 saat sonra dağıntılar altından sağ çıxarıldı. Hazırda vəziyyəti yaxşıdır, müalicə olunur. Müalicəsi yekunlaşandan sonra Azərbaycana təxliyə ediləcək. Azərbaycanın Türkiyədəki Səfirliyi ilə birlikdə buradakı digər tələbələrimizi avtobus vasitəsilə Azərbaycana təxliyə etdik. Təxminən 50-dən çox tələbəni zəlzələdən sonra Azərbaycana yola saldıq".
"Kahramanmaraşda hadisə zamanı 2 Azərbaycan vətəndaşı həlak olub. Biri şəhərin Elbistan rayonunda, digəri isə şəhər mərkəzində dağıntılar altında qalaraq vəfat edib. Onlar dağıntılar altından çıxarıldı və meyitləri səfirliyimizin əməkdaşları ilə birlikdə Azərbaycana göndərildi. Hazırda isə Kahramanmaraşda dağıntılar altında 1 Azərbaycan vətəndaşı qalıb. Qadının qızı buradadır. Həmin xanımla dünən danışmışam və anasının hələ də dağıntılar altında qaldığını bildirir. Hər gün Azərbaycan səfirliyi vətəndaşımızla əlaqə saxlayır. Həmin qadın oradan çıxarıldıqdan sonra Azərbaycana təxliyə ediləcək", - H.Əmirli vurğulayıb.
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib