Bu bələdiyyə sədrlərinə cinayət işi açılıb 

img

15-02-2023 [11:01]


Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, Qobustan rayonu Qobustan, İmişli rayonu Bəcirəvan, Sabirabad rayonu Qaralar və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Həmçinin Bakı şəhəri Xətai, Abşeron rayonu Masazır, İmişli rayonu Qulubəyli, Biləsuvar rayonu Ağalıkənd və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər aidiyyəti üzrə istintaq orqanlarında baxılmaqdadır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA