Putinin sözçüsü: "NATO Ukraynada vəziyyəti dəyişməyə can atır, ancaq..."

img

14-02-2023 [23:47]


"NATO Rusiya ilə Ukrayna arasındakı döyüşlərdə iştirak edir".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, NATO Rusiyaya düşmən olan bir təşkilatdır: "Onlar bu düşmənçiliyi hər addımda açıq göstərir. Ukraynadakı döyüşlərə də müdaxilə edir, vəziyyəti dəyişməyə can atırlar. Amma əvvəldən dediyimiz kimi, bu cəhdlər vəziyyəti Ukrayna üçün daha da ağırlaşdıracaq".

Peskov deyib ki, hazırda Rusiyada orduya böyük yardım kampaniyası var: "Şirkətlər, xalq ordumuza böyük yardımlar edir, hər cür dəstək verirlər...".

Türkiyə və Suriyadakı zəlzələyə toxunan Putinin mətbuat katibinin sözlərinə görə, rus xilasedicilərinin ərazidə qəhrəmanlıqla işlədiklərini deyərək, xeyli insanın canını xilas etdiyini vurğuıayıb.

Samir MUSAYEV,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR