Şəhid Kamran Fərəcovun doğum günü münasibətilə tədbir keçirilib - FOTOLAR
14-02-2023 [20:23]
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanovun, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradovun, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin iştirakı ilə Vətən müharibəsinin şəhidi Kamran İlqar oğlu Fərəcovun doğum günü münasibətilə məzarı ziyarət edilib, xatirəsinə ehtiram olaraq məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Mia.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək, Kamran Fərəcovun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun Zəfər yürüşündə iştirak etdiyini, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildiyini bildirib. Kamran kimi mərd, vətənpərvər, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib və Allahdan onlara səbir diləyib.
Kamran Fərəcovun ömür yolunun təhsil müəssisələrində öyrənildiyini, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində əhəmiyyətli rol oynadığını qeyd edib. Bütün şəhidlərimiz kimi Kamranın da qara mərmərdən boylanan nurüzlü çöhrəsinin onu ziyarət edənlərə güc, qüvvət verdiyini, şəhidlərimizin həqiqətən də çox yüksək məqama ucaldığının göstəricisi olduğunu qeyd edib. Şəhid valideynlərinin və xüsusilə anaların nümayiş etdirdiyi məğrurluğun, dözümlülüyün, alicənablığın qarşısında baş əydiyini vurğulayıb. İşğaldan azad edilən torpaqlarımız abadlaşdıqca, o torpaqlarda üçrəngli bayrağımız dalğalandıqca, bizə Qələbə sevincini və qürurunu yaşadan Kamranların ruhunun hər zaman şad olacağını, qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacağını söyləyib.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Dövlət səviyyəsində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının Şirvanda da davam etdirildiyini, Vətən müharibəsindən bəri şəhidlərin doğum və anım günlərinin yüksək səviyyədə qeyd edildiyini, hər ayın son cümə axşamında şəhid ailələri ilə Şəhidlər Xiyabanında görüşlərin keçirildiyini, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyin, qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə və zərərçəkənlərə yardım kampaniyasında da möhtəşəm səviyyədə həyata keçirildiyini bildirib. Baş verənlərdən dolayı kədərləndiyini, Türkiyə xalqına dərin hüznlə başsağlığını bildirib. Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarov şəhid Kamran Fərəcovun ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs ediblər. Şəhid adının müqəddəsliyindən və ucalığından söz açıblar. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə, Qardaş Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. Şəhidin atası İlqar Fərəcov vətənpərvər oğul böyütdüyü üçün qürur duyduğunu bildirib və iki il müddətində hər zaman yanlarında olduğu üçün şəhər rəhbərliyinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Ziyarətdən sonra Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Vətən müharibəsinin şəhidi Fərəcov Kamran İlqar oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib