Dəniz Baykalla parlamentdə vida mərasimi keçiriləcək - O, sabah dəfn olunacaq

img

13-02-2023 [15:12]


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, sabiq XİN başçısı, millət vəkili Dəniz Baykal sabah dəfn olunacaq.

Mia.az xəbər verir ki, bu barədə CHP məlumat yayıb.

Bildiriilib ki, fevralın 11-də vəfat edən Baykalla fevralın 14-də saat 10.00-da partiyanın qərargahında vida mərasimi keçiriləcək: "11:30’-da isə Türkiyə Böyük Millət Məclisində keçiriləcək mərasimdən sonra Dəniz Baykalın Ahmet Hamdi Akseki məsciddə namazı qılınacaq və o, bundan sonra Ankara dövlətr məzarlığında dəfn olunacaq".

Xatırladaq ki, 84 yaşlı Dəniz Baykal yuxudaykən vəfat edib.

Onun bir qızı və bir oğlu var.

Ləman,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR