Sakinlərlə növbəti səyyar görüş Şirvan şəhər Peşə Liseyində keçirilib - FOTOLAR
09-02-2023 [18:36]
Şirvan Şəhər İcra Hakimiyyətinin 2023-cü il üçün təsdiq edilmiş qrafikinə əsasən, şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş 9 fevral 2023-cü il tarixdə Şirvan şəhər Peşə Liseyində keçirilib.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları səyyar görüşdən öncə Peşə Liseyinin tələbələrinin əl işlərindən ibarət sərgi ilə, torno-frezer dəzgahının operatoru, elektrik-qaz qaynaqçısı və dərzi ixtisas qruplarında tədris-istehsalat prosesi ilə tanış olublar.
İstehsalat alətlərinin funksiyaları, əməyin mühafizəsi, müxtəlif ixtisaslar üzrə təhsilin keyfiyyəti, gələcəkdə oxuduqları peşələr üzrə məşğulluğun təminatı və digər məsələlərlə bağlı tələbələrlə söhbət ediblər. Sərgidə nümayiş olunan əl işlərindən biri tələblərin adından Şəhər İcra Hakimiyyətinin başçısına hədiyyə olunub. Peşə Liseyinin akt zalında keçirilən səyyar görüşdə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin və son günlərdə Türkiyə Respublikasında təbii fəlakət nəticəsində vəfat edən insanların xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatından və dağıntılardan kədərləndiyini bildirib, həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyib. Azərbaycan dövlətinin və xalqının bu ağır günlərdə qardaş Türkiyənin yanında olmasından, faciənin fəsadlarının aradan qaldırılmasında və zərərçəkən insanlara yardım olunmasında yaxından iştirak etməsindən şərəf duyduğunu bildirib. Tezliklə Türkiyənin öz gücü və qüdrəti ilə bu bəladan qurtulacağına inandığını qeyd edib. Azərbaycan dövlətinin dünyanı bürüyən koronavirus infeksiyasına qarşı düşünülmüş addımlarla mübarizə apararaq, inkişaf etmiş ölkələrdən daha uğurlu nəticələrə nail olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində xalqımızın həmrəylik nümayiş etdiridiyini, 1000-ə yaxın Şirvan gənclərinin də böyük ruh yüksəkliyi ilə səfərbərliyə qoşulduğunu, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında sıx birləşdiyini, tarixi Zəfər qazanmaqla 30 il işğal altında olan torpaqlarımızın azad edildiyini, şəhidlərimizin böyük izdihamla son mənzilə yola salındığını xatırladıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edərək, şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin həyata keçirildiyini, ordenlə təltif edildmiş 9 Vətən müharibəsi şəhidinin adlarının şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaşadıqları küçələrə verildiyini, onların doğum və anım günlərinin şəhər ictimaiyyəti ilə birlikdə yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdırıb. Şəhər ərazisində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Şirvan şəhərində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 ha torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla Xanım Əliyevanın “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını qeyd edib. Sonra Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək müasir dövrdə təhsilin insan həyatında rolundan, xüsusilə peşə təhsilinin əhəmiyyətindən danışıb. Lakin son illərdə ali təhsil alanların sayının 2 dəfə artdığı halda, peşə təhsili alanların sayının 5 dəfə azalmasından təəssüfləndiyini qeyd edib. Peşə təhsilinə diqqətin artırılması, geniş imkanların yaradılması, onların məşğulluğunun təminatı ilə bağlı xeyli işlər görüləcəyini bildirib. Türkiyədə zəlzələ nəticəsində baş verən hadisələrin bir daha harada işləməsindən asılı olmayaraq hər bir şəxsin öz işinə məsuliyyətlə və vicdanla yanaşmalı olduğunu göstərdiyni vurğulayıb. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib