Bu Agentliyin yanında İctimai Şuraya seçkilər keçiriləcək
03-02-2023 [16:25]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında fəaliyyət göstərəcək İctimai Şuraya seçkilər keçiriləcək.
AQTA-dan verilən məlumata görə, tərkibin formalaşdırılması məqsədilə Şuranın üzvlüyünə seçkilərin təşkili üçün 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.
Qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv olmaqla seçki komissiyasının videobağlantı formatında ilk iclası keçirilib. İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra texniki məsələlər ilə bağlı müzakirələr aparıb, müvafiq qərarlar qəbul ediblər.
Şuranın tərkibi vətəndaş cəmiyyəti institutları, o cümlədən qida zəncirinin bütün mərhələlərini təmsil edən ictimai birliklər və təşkilatların səlahiyyətli nümayəndələrindən, həmçinin müvafiq istiqamət üzrə elm və tədris sahələrini təmsil edən şəxslərdən 1 nəfər olmaqla təşkil edilir.
Agentlik yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər fevralın 10-dan 20 iş günü müddətində Agentliyin Seçki Komissiyasına (e-mail: [email protected], əlaqə: (+994 12) 565-12-72 (daxili-209) ) müraciət edə bilərlər. Müraciətdə əlaqə vasitələri, e-mail, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti, şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənəd (olduğu halda müvafiq ixtisas üzrə diplom, əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyən digər sənədlər) və digər zəruri məlumatlar qeyd edilməlidir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə uyğun olaraq İctimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcək. Seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat Agentliyin rəsmi internet səhifəsi vasitəsi ilə elan ediləcək.
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub