Hafiz Hacıyev Milli Şurada baş verənləri şərh elədi

img

05-05-2014 [13:18]


KXCP-nin Milli Şuradan getməsini Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev şərh edib.

Hafiz Hacıyev: "Milli Şurada onsuz da kim qalmışdı ki, bunu bu qədər böyüdürlər. Kərimov Əli hardansa yenə qrant alıb ölkəni qarışdırmaq, gündəmə gəlmək istəyir. Ancaq unudur ki, Azərbaycan xalqı xəyanəti bağışlamır. Mirmahmud ağaya mənim böyük hörmətim var. Mən Mirmahmud ağaya neçə dəfə demişəm ki, ağa, sənin adın var, sanın var, xalq arasında hörmətin var, xalqa xəyanət edən, Azərbaycan dövlətçiliyinə arxadan zərbə vurmaq istəyən, xarici kəşfiyyata işləyən adamla bir cəbhədə olmaq sənə yaraşmaz. Sağ olsun Mirmahmud ağa, sözümü eşitdi, analiz elədi və Mlli Şuradan getdi. Kərimov Əlinin ora cəhbəçiləri yığmaqda məqsədi o idi ki, nə vaxtsa ona lazım olan səsvermə keçiriləndə o, üstünlük qazansın. Milli Şurada heç kim qalmayıb. Orada hakimiyyətdən qovulmuş, rüşvətxor adamlar qalıb. Kərimov Əlinin olduğu yerdə heç vaxt uğur ola bilməz. Ona görə də, Milli Şura məğlubiyyətə məhkumdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA