04-05-2014 [23:54]
Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təcavüz etməklə bütün dünyaya meydan oxuması qlobal təhlükəsizliyə zərbə vurub. Avropaya inteqrasiya yolunda olan Azərbaycanın da nəhəng imperiyanın hədəfinə tuş gələcəyi ilə bağlı iddiaların səslənməsi isə ölkəmizdə ciddi narahatlıq yaradıb. Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub "Reytinq"ə müsahibəsində Azərbaycan hakimiyyətini, cəmiyyəti və siyasi düşərgəni ayıq olmağa çağırıb:
- Rusiyanın Ukraynaya təcavüzü belə bir düşüncə, belə bir təhlükə yaradır ki, digər post-sovet respublikalarına və Rusiyanın strateji marağında olan ölkələrə də təcavüz edilə bilər. Amma hesab edirəm ki, bu, o qədər də asan məsələ deyil. Sadəcə olaraq, Azərbaycan hökuməti təhlükəsizlik tədbirləri görməlidir. Eyni zamanda, Azərbaycan cəmiyyəti də bu məsələlərə ayıq münasibət bəsləməlidir.
Son dövrlər sosial şəbəkələrdə və digər dairələrdə Rusiyameylli qüvvələrin fəallaşması hiss olunur. Bu adamların da cavabı verilməlidir. Ən azı təbliğati istiqamətdə müəyyən tədbirlər görülməli, bu adamların cəmiyyəti hansı yola sürükləmək istədikləri göstərilməlidir.
- Bəs, dövlət hansı mövqedə dayanmalı, hansı addımları atmalıdır?
- Hakimiyyət Azərbaycanın müstəqilliyi mövqeyində dayanmalıdır. Amma hansı tədbirlər görülməlidir, bu, başqa məsələdir. Çünki açıq deyiləsi tədbirlərlə yanaşı, cəmiyyət üçün açıqlanmayacaq tədbirlər də var. İstənilən şəkildə bu tədbirlər Azərbaycanın müstəqilliyinin qorunması və gözlənilə biləcək təcavüzün qarşısının alınması üçün həyata keçirilməlidir. Yəni, kritik dönəmdir, burada hakimiyyət də, cəmiyyət də diqqətli olmalıdır.
- Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən, Rusiyanın son aylar apardığı siyasətin müzakirəsinə həsr olunmuş toplantını bu baxımdan yetərli saymaq olarmı?
- Əslində, bu gün Azərbaycan müxalifəti hakimiyyət tərəfindən çox sıxışdırılmış durumdadır. Müxalifətin daha fərqli və daha fəal işlər görməsi üçün imkanlar o qədər də çox deyil. Amma Müsavat Partiyası və digər müxalifət qüvvələrinin bu məsələdə ortaya mövqe qoyması, Azərbaycana təcavüz olacağı təqdirdə vahid mövqedən çıxış eləmək niyyətinin özü artıq fəaliyyətdir.
- Ancaq həmin toplantı geniş spektri əhatə eləmədi. Ən azından, bu məsələdə bir araya gəlmək olardı.
- Mən bu məsələlərlə bağlı dəfələrlə fikrimi bildirmişəm. Birlik haqqında illüziyalardan əl çəkmək lazımdır. Şərt deyil ki, Rusiya təcavüzünə qarşı mövqe sərgiləyən qüvvələrin hamısı mütləq eyni toplantıda olsun. Əsas olan odur ki, bu mövqe, harada olmasından asılı olmayaraq, ortaya qoyulsun.
Azərbaycandakı siyasi qüvvələrin böyük əksəriyyəti ölkənin müstəqilliyinin keşiyində dayanmaq niyyətini bəyan edən qüvvələrdir. Bax, bunun özü sevindiricidir.
- Vurğun bəy, son günlər bəzi siyasətçilər Azərbaycanda Rusiyanın "5-ci kalon"unun fəallaşmasından danışırlar və bu təhlükənin daha da artacağı bildirilir. Bu barədə nə düşünürsünüz?
- Rusiyanın Azərbaycandakı "5-ci kalon"unun nümayəndələri artıq fəallaşıblar. Mənim fikrimcə, onlar cəmiyyəti də, hakimiyyəti də, siyasi qüvvələri də narahat eləməlidir. Amma hesab eləmirəm ki, onlar bu dəqiqə çox böyük qüvvədir və təsir dairələri genişdir. Buna baxmayaraq, onlar ölkədə narahatlıq yaradıb, Rusiyanın əlinə bəhanə verərək, hərəkətə keçməsinə səbəb ola biləcək qüvvədir. Düşünürəm ki, bu, çox ciddi məsələdir. Ona görə də, cəmiyyət də, hakimiyyət də, siyasi qüvvələr də buna öz təpkisini göstərməlidir.
- Diqqətçəkən məqamlardan biri də odur ki, millət vəkili, partiya sədri və digər önəmli status sahibləri tərəfindən ortaya Rusiyameylli yanaşmalar qoyulur. Məsələn, Qüdrət Həsənquliyev Qarabağ məsələsini əsas gətirərək Rusiya ilə daha yaxın siyasət yürüdülməsini təklif edir...
- Öncə onu deyim ki, bu açıqlamanın Qüdrət Həsənquliyev tərəfindən verilməsi çox utancvericidir. Qarabağ məsələsinə gəlincə, biz bu "nağılı" Qarabağ hadisələri başlayandan bəri eşidirik. Bir zamanlar Vəzirov da, Mütəllibov da bu şüarlarla hərəkət edirdilər. Onların dediklərinə görə, guya Azərbaycan Rusiyanın yanında olsaydı, Qarabağ problemi yaranmayacaqdı, bu işğal baş verməyəcəkdi. Amma bu adamlar unudurlar ki, Qarabağ problemini yaradan və onu korlayan elə Rusiyadır. Nə qədər özünü aldatmaq olar ki, Rusiyanın tərəfinə keçsək, bu problem həll olunar? Görünür, bu adamlar, hələ də Qara-bağ probleminin nədən qaynaqlandığını, onun əsasında nəyin dayandığını sona qədər dərk eləməyiblər.
Qarabağ problemi - Rusiyanın əlində keçmiş sovet respublikalarını və Rusiyaya tabe olan ölkələri daim narahatlıq içərisində saxlamaq, özünün maraqlarını həyata keçirmək üçün yaradılan bir münaqişədir. Azərbaycan Rusiya üçün starteji cəhətdən nə qədər önəmli ölkə olsa da, Rusiyanın böyük maraqlarından vaz keçib Qarabağ münaqişəsini Azərbaycanın xeyirinə həll eləməsinə inanmaq sadəlövhlükdür.
- Necə düşünürsünüz, Sizcə, Rusiyameylli çıxışların gündəmə gəlməsi hakimiyyətin marağında ola bilərmi? Cəmiyyətdə Rusiya ilə daha sıx münasibətlərin qurulması çağırışlarının hakimiyyətin sifarişi ilə ictimai rəyə ötürüldüyünü iddia etsək, yanılmarıq ki?
- Bu mümkündür. Çünki hakimiyyətin daxilində Rusiyapərəst qüvvələr kifayət qədərdir. Bundan başqa, Azərbaycan hakimiyyətini - avtoritar rejim olmasına baxmayaraq, qoruyub-saxlayan, ona dəstək verən elə Rusiyadır. Təbii ki, əgər iqtidardakılar öz hakimiyyətlərinə müəyyən təhlükə hiss eləsələr, asanlıqla Rusiyanın dediklərinə boyun əyəcəklər. Ona görə də sizin qeyd etdiyiniz kimi, cəmiyyətdə Rusiya ilə daha sıx münasibətlərin qurulması çağırışlarının hakimiyyət tərəfindən yönləndirilməsi inandırıcıdır.
- Ukrayna hadisələrindən sonra Azərbaycan hakimiyyətinin mövqeyində Qərbmeyllilik hiss olunsa da, Siz fərqli fikirlər səsləndirirsiniz. Belə çıxır ki, hakimiyyətin son davranışları imitasiyadır?
- Azərbaycan hakimiyyətinin atdığı addımlar bir məntiqə tabe deyil ki, o məntiqdən çıxış edərək qiymət verəsən. Azərbaycan hakimiyyətinin ümumi fəaliyyətini nəzərə gətirib qiymətləndirməyə çalışsaq, görərik ki, bu siyasətdə Qərbyönümlülük yoxdur. Sadəcə olaraq, Azərbaycan hakimiyyəti Qərbdən gələcək təzyiqləri neytrallaşdırmaq üçün hansısa addımlar atır. Amma hakimiyyətin ümumi siyasətinin mahiyyətində Qərbyönümlülükdən əsər-əlamət yoxdur. Bir də ki, Qərbyönümlü siyasət o demək deyil ki, hansısa Qərb dövlətinin əlaltısına çevriləsən. Söhbət dövlətin idarə edilməsində şərti olaraq, Qərb dəyərləri adlanan dəyərləri mənimsəməkdən və ona əməl etməkdən gedir. Azərbaycan hakimiyyətində isə bu dəyərlərə inam, onlara əməl etmək meyli görünmür.
- Son günlərin əsas müzakirə mövzularından biri "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun Türkiyədən deportasiya edilərək Bakıda həbs olunması ilə başlayan "erməni işi"nin miqyasının böyüməsidir. Arif və Leyla Yunusların, onlardan sonra baş redaktor Elçin Şıxlı və yazar Azər Rəşidoğlunun prose-sə cəlb olunmasının arxasında hansı məqamlar dayana bilər?
- Hesab edirəm ki, Azərbaycan hakimiyyəti ölkədəki etiraz ruhunu, narazılığın həddini bizdən az bilmir. Bütün bu şoular, həbslər, daxildə vətən xaini axtarışlarının hamısı cəmiyyətin diqqətini real problemlərdən uzaqlaşdırmaq üçündür. Biz bunu son iyirmi ildə dəfələrlə görmüşük. Sui-qəsdlərin təşkil olunması barədə yaradılan şoular, aparılan kütləvi həbslər cəmiyyətin gözünü qorxutmaq üçün idi. Hansı ki, bu gün Azərbaycan cəmiyyəti qorxmuş bir durumdadır. Hesab edirəm ki, indiki həbslər də, bu ətrafda aparılan təbliğat da buna yönəlib. Məqsəd də bir tərəfdən narazı cəmiyyətin diqqətini əsas problemlərdən yayındırmaq, digər tərəfdən isə cəmiyyətdə mövcud olan qorxu və xof mühitinin daha da kəskinləşdirilməsidir.
- Cəmiyyətdəki narazılığı inkar eləmək mümkün deyil. Amma bu narazılıq ifadə olunmur. 2013-cü il seç-kiləri ərəfəsində buna şərait olsa da, xalq narazılığını ifadə eləmədi. Belə olan təqdirdə hakimiyyət niyə ehtiyat etməli, bu qədər böyük planlar cızmalıdır?
- Məmməd Arazın sözü ilə desək, Azərbaycan cəmiyyəti indi içini çölünə bükən nəhəng kimidir. Yəni, üzdən sakit görünür, amma alt qatlarda böyük bir etiraz ruhu var. Bu gün xalq sakit görünsə də, daxilindəki etiraz ruhu alovlanır. Bu etiraz ruhu müxtəlif formalarda ortaya çıxır, bu da hakimiyyət üçün siqnaldır. Hakimiyyət bu narazılığın necə alovlana biləcəyini gördüyü üçün, önləyici tədbirlər görür.
Buna rəğmən sizin hakimiyyətin narahat olmaması üçün əsasların olduğunu iddia etməyiniz mübahisə cəhdinə oxşayır. Çünki sualınızın əvvəlində özünüz dediniz ki, cəmiyyətdə müəyyən narazılıqlar var. Əgər cəmiyyət bu gün yaradılan polis rejiminin qorxusu altında etirazını açıq şəkildə bəyan edə bilmirsə, bu o demək deyil ki, ölkədə narazılıq yoxdur. Bu etiraz var, hər gün artır, üst-üstə toplanır. Bir də görəcəyik ki, tamamilə mənasız görünən bir hadisə ilə bu etiraz ruhu ortaya çıxdı. Tarixin gedişatında buna yüzlərlə misal gətirmək olar. Təbii ki, hakimiyyətdə olanlar da bu təhlükəni görürlər. Ona görə də bu cür şoular, həbslər, daxildə vətən xaini axtarışları və digər "tamaşa"larla cəmiyyətin diqqətini real problem-lərdən uzaqlaşdırmağa, etiraz dalğasının qalxmamasına çalışırlar.
Qeyd etdiyiniz həbslərin, dindirmələrin indiki həssas məqama təsadüf etməsi də hakimiyyətin planıdır. Amma bir şeyi unudurlar ki, artıq cəmiyyət bu cür oyunların arxasındakı məqamları anlayır. Hələlik müəyyən qorxu ilə etirazların açıq müstəviyə keçməsinin qarşısını ala bilirlər. Müəyyən zamandan sonra isə bu "tamaşa"lar da hakimiyyətə yardım etməyəcək.
- Vurğun bəy, söhbətimizi Müsavatla bağlı davam etdirmək istəyirəm. Neçə müddətdir ki, qurultayınız ertələnir. Mayın 24-də keçirməyi planlaşdırdığınız qurultayı da reallaşdıra bilmirsiz...
- Biz qurultayımızı normal şəraitdə keçirmək istəyirik. Gördüyünüz kimi, Azərbaycan hakimiyyətinə dəfələrlə edilən müraciətimizin əsasında o durur ki, qanuni yollardan istifadə edib qurultayımızı keçirək. Amma hakimiyyət müxalifət qüvvələrinə öz tədbirlərini keçirməyə şərait yaratmamaqla, onları qanunsuzluğa sövq eləmək istəyir. Çünki Azərbaycan hakimiyyəti normal danışıqlar masası arxasında güclü deyil. Hakimiyyət zor, qanunsuzluq müstəvisində güclüdür. Təbii ki, qurultayı necə keçirmək, hakimiyyətin addımlarını təhlil eləmək üçün Müsavat Partiyasına vaxt lazımdır. Yəqin ki, yaxın günlərdə bu mə-sələni bir daha müzakirə edib çıxış yollarını axtarmağa çalışacağıq.
- "Hakimiyyət yer vermir",- deyib, qurultayı keçirməmək də olmaz...
- (Sözümüzü kəsərək)Sizcə, nə etməliyik? Sizin bu sualınız məndə qəribə təəssürat yaradır. Bəlkə, Aya uçaq? Yer olmayanda, qurultayı necə keçirmək olar?
- Sayı azaltmaq olar, öz qərargahınızda, ADP-dən təklif gəlmişdi, orda qurultayınızı keçirə bilərsiniz...
- ADP-nin yeri Müsavat Partiyasının qərargahında olan yerlərdən o qədər də böyük deyil.
Amma burda ortaya haqlı sual çıxır. Azərbaycan hakimiyyətinin dərdi nədir? Nəyə görə Müsavata qurultayını keçirmək üçün normal yer ayırmır? Nəyə görə YAP-a bütün imkanlar yaradılır, Müsavata yox? Biz bu suala cavab istəyirik.
Sizin sualınızı ona görə kəskin etirazla qarşıladım ki, bu sualları hakimiyyətə ünvanlamaq, onun üzərinə getmək lazım olduğu halda, siz bizim üstümüzə gəlirsiniz.
- O sualları hakimiyyət nümayəndələrinə də veririk. Sadəcə olaraq, mən alternativ variantlar üzərində düşünməyin mümkünlüyünü deyirəm.
- Alternativ variantlara gəlincə, çox variantlar düşünmək olar. Amma o variantlar həyata keçirilərkən başqa problemlər də ortaya çıxır. Müsavat Partiyasının qurultay nümayəndələrinin sayını hansı əsasla azaldacağıq? Qurultay nümayəndəsi olan şəxs etiraz edə bilər ki, nəyə görə hüququmu məhdudlaşdırırsınız?
Təbii ki, təklif elədiyiniz alternativ variantlar zaman-zaman səsləndirilir. Amma son olaraq deyim ki, biz, yaxın günlərdə toplanıb, bu məsələni müzakirə edəcəyik və bir qərara gələcəyik.
Zaur ƏHMƏD
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...