Akşener sui-qəsdlə bağlı ölkə rəhbərinə sərt səsləndi: "Ərdoğan, sənə səslənirəm, nələr olur?!"
25-01-2023 [13:18]
Ankarada güllələnərək öldürülən "Ülkü Ocakları"nın keçmiş başqanı Sinan Ateşin ölümü Türkiyı siyasətində gərginliyi artırıb.
Mia.az xəbər verir ki, dünən partiyasının qrup toplantısından çıxan MHP lideri Devlet Bahçeli Sinan Ateşin qətli barədə sualı eşidər-eşitməz çox sərt reaksiya verib. Belə ki, sualı tam dinləmədən qadın müxbirin mikrafonunu geri itələyərək deyib: "Hadi, işinə bax, hadi buradan".
MHP liderinin bu cavabından sonra bu gün Türkiyə Böyük Milllət Məclisində partiyasının qrup toplantısında çıxış edən İYİ partiyanın sədri Meral Akşener prezident Ərdoğana xitabən çox sərt mesajlar verib.
Akşener Sinan Ateşin öldürülməsinə diqqəti çəkərək Ərdoğana səslənib: "Vəzifəni yerinə yetir. Bizim buna susacağımızı zənn edirsənsə, çox yanılırsan. Ərdoğan, sənə səslənirəm: idarə edə bilmədiyin dövlətin içində nələr olur, deyə bilərsənmi?! Bu, necə bir boşluqdur? Gerçəklər ortaya çıxana qədər bu olayın izindəyik".
Akşener bildirib ki, Sinan Ateşə alçaqsa sui-qəsd olub və o, bu günə qədər Ateşin ailəsinin xahişinə görə məsələni qabartmayıb: "Dövlətin dövlətçiliyini etməsini gözlədim. Ancaq 26 gündür görürəm ki, dövlətin başında duranların ciddiyyəti belə yoxdur".
Xatırladaq ki, 26 gün əvvəl küçədə öldürülən Sinan Ateşlə bağlı MHP ta ötən həftəyə kimi səssizliyini qoruyub. Ötən həftə Bahçeli bir neçə kəlmə ilə bu sui-qəsdi onun partiyasına yönəltməyə cəhdlərin oduğunu deyib.
Samir Musayev
Mia.az
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir