İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salınır

img

25-01-2023 [13:31]


İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti 2024-cü il yanvarın 1-dək təxirə salınır.

“Report” xəbər verir ki, bu məsələnin yer aldğı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR