Müəllimlərin işə qəbulu üzrə müsabiqə... - Narazıların şikayətinə nə vaxt baxılacaq?

img

25-01-2023 [11:40]


Müəllimlərin işə qəbulu üzrə müsabiqədən narazı qalanların apellyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.

Mia.az  Elm və Təhsil Nazirliyinə istinadla bildirir ki, dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr yanvarın 27-də “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmaları tövsiyə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR