Super liqanın iki komandası “taxt»dan düşdü

img

04-05-2014 [01:46]


Türkiyə Super Liqasını tərk edən iki klub müəyyənləşib. Bunlardan biri dünən qələbə qazanan "Kayserispor", digəri isə Türkiyə millisinin «Fənərbaxça»nın bir vaxtlar parlayan ulduzu, «növbətçi qolçu» ləqəbli Semih Şəntürkün çıxış etdiyi "Antalyaspor"dur.

Mia.az xəbər verir ki, dünən  "Antalyaspor" "Elazığspor"u qəbul edib. Lakin S.Şəntürkün çıxış etdiyi Antaliya klubu 1-2 hesabı ilə uduzaraq, son ümidini itirib. Belə ki, sona 2 tur qalmış 28 xalla son pillədə qərarlaşan "Antalyaspor" gələn mövsüm aşağı liqada mübarizə aparacaq.

Antaliya klubu ilə yanaşı, səfərdə "Eskişəhərspor"un qonağı olan və 4:1 hesabı ilə qalib gələn "Kayserispor" isə qələbəyə sevinə bilməyib. Kayseri klubu da aşağı dəstəyə yuvarlanıb.

"Qalatasaray" isə "Gənclərbirilyi" qarşısında 2-0 məğlub duruma düşməsinə rəğmən, ikinci hissədə toparlanıb. "Aslan"lar 3-2 qalib gələrək, ikinci sıraya yüksəliblər.

   

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA