Rud van Nistelroy Hollandiya millisində!

img

06-05-2014 [09:38]


Hollandiya futbolunun canlı əfsanəsi Rud van Nistelroy "DÇ-2014"dən sonra "narıncılar"ı çalışdıracaq Quus Hiddinkin köməkçisi vəzifəsinə təklif almasına münasibət bildirib.

UEFA-nın rəsmi saytına danışan Nistelroy bu təklifə təəccübləndiyini gizlətməyib: 

"Hiddinkin mənə zəng etməsi sürpriz oldu. Bunu gözləmirdim. Ancaq belə təklif mənim üçün böyük şərəfdir. Gələcək məşqçilik karyeram üçün Hiddink kimi bir mütəxəssislə çalışmaq möhtəşəm şansdır. Milli komandada Hiddinklə birgə işləmək, futbolçulara dəstək olmaq əla hisslərdir".

Qeyd edək ki, 70 dəfə Hollandiya yığmasının formasını geyinən Nistelroy 35 dəfə rəqib qapılarına yol tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA