KXCP Milli Şuradan çıxdı - YENİLƏNİB

img

03-05-2014 [17:39]



Hazırda Milli Şuranın növbəti sessiyası keçirilir. 4 saatdır ki, davam edən toplantıda gərgin anlar yaşanır.

Belə ki, musavat.com-a verilən məlumata görə, toplantıda çıxış edən Klassik Xalq Cəhbəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu rəsmən Milli Şuradan çıxdıqlarını bəyən edib. Partiya sədri Milli Şurada qalmağın artıq əhəmiyyətsiz olduğunu bildirib.

Ancaq KXCP üzvlərinin yenidən Milli Şuraya cəlb olunması prosesinə başlanılıb. Partiya sədri Mirmahmud Mirəlioğlu buna da öz etirazını açıq şəkildə bildirib.

Hazırda toplantı davam edir.


* * * * *
16:52


Milli Şuranın üzvü istefa verib. Hüquq müdafiəçisi Akif Hüseynov Milli Şuradan istefa verib.

O, quruma yeni üzvlərin qəbuluna etiraz edib: "Biz özümüz bu gün bir iş görə bilməmişik. Milli Şuraya yeni üzvlərinin qəbulun onun güclənməsinə yox, dağılmasına xidmət edəcək”.

C.Həsənli isə deyib ki, yeni üzvlərin qəbulu bu gün də, bundan sonra da qəbul keçiriləcək: "Müraciət edənlərin qəbulunu Koordinasiya Mərkəzi müzakirə edir və sessiyaya tövsiyə edir. Kim qəbula etiraz edirsə, bu onun öz işidir. Bu adamlar Milli Şuranın işinə xeyri olacaq”.

A.Hüseynov buna etiraz olaraq qurumdan istefa verdiyini bəyan edib və iclası tərk edib. C.Həsənli isə "8 ay bizimlə bir yerdə gəlib, indi getmək yaxşı deyil" - deyə cavab verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA