"Kiçik Ərbakan" Ərdoğana barışıq əlini uzatdı: "Qardaşlığımız mafiya liderləri ilə çəkilən fotolardakı kimi ola bilməz"
19-01-2023 [17:09]
Nitqi və davranışına görə Türkiyənin "kiçik Ərbakanı" sayılan AK Partinin qurucularından Bülent Arınç prezident Ərdoğana barışıq əlini uzadıb.
Mia.az xəbər verir ki, uzun illər Ərdoğanla silahdaş olan və birgə partiya qurculuğunda yer alan, nəhayət, iqtidara gəldikdə, parlament sədrliyinə qədər yüksələn, lakin sonradan, daha dəqiqi, 2014-cü ildən münasibətləri kəskin pozulan Arınç qatıldığı TV proqramda maraqlı açıqlamalar verib.
Aparıcının "Prezident Ərdoğanla aranızdaki buzlar əridimi?" sualına "kiçik Ərbakan" belə cavab verib: "Mən 1978-dən Tayyip bəyin gerçək dava qardaşıyam. Eyni ideal üçün çiyin-çiyinə verdik. Millətimizin önünü, bəxtini açmaq üçün səy göstərdik. Bizim dava qardaşlığımızda həmişə gözəl anlar var. Bəli, məni çox sındıran, əzən bir çıxış elədi. Amma biz bir- birimizi hər zaman bağışlaya bilərik. Bunun yolunu, yöntəmini bilən insanlarıq. Bizim dava qardaşlığımız başqalarının mafiya liderləri ilə bir aradakı fotolarına baxaraq dəyərləndirilməməlidir. Dava dediyimiz şeyin əslini biz qardaş olaraq bu günədək bilərək, istəyərək tətbiq etdik".
Arınç Ərdoğandan yei vəzifə gözləmədiyini desə də, üzərinə düşən işlərin olduğunu və buna görə, vəzifə təklifi gələrsə, hazır olduğunu da dilə gətirib.
Parlamentin keçmiş sədri qarşıdakı prezident seçkilərində də Ərdoğanın yenə qalib gələcəyini deyib: "Ərdoğanın səslərin 51 faizini qazanacağına inanıram" .
Yeri gəlmişkən, Arınçın kürəkəni çevrilişə cəhd ittihamı ilə axtarışa verilən Fəttullah Gülənlə əlaqələndirilib həbs olunsa da, o, qısa zamanda azadlığa buraxılıb. Həmin ərəfələrdə Bülent Arınç iqtidara, konkret Ərdoğana qarşı xeyli kəskin çıxışlar edib. Hətta onun hakimiyyət ömrünün tükəndiyini də deyib.
Ərdoğan da çıxışlarının birində ona sərt mesajar göndərib.
Samir Musayev
Mia.az
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var