300 QHT "20 Yanvar"la bağlı bəyanat verib - MƏTN

img

19-01-2023 [15:00]


Bu gün 300 Qeyri-hökumət təşkilatlarının (QHT) rəhbəri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edərək, sonda birgə bəyanat veriblər.

Mia.az xəbər verir ki, “Əbədi məşəl” abidəsi önündə toplanan QHT rəhbərləri birgə bəyanatı oxuyublar.

Bəyanata görə, “20 Yanvar faciəsinin insanlıq əleyhinə cinayət kimi tövsif olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərincə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməyib: "Biz - Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq tribunalarda səsləndirilməsi və eləcə də bu hadisəyə ədalətli hüquqi qiymət verilməsi üçün bütün səylərimizi birləşdirməliyik.

Biz, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları 20 Yanvar hadisələri ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması məqsədilə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq”.

Zülfiyyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR