Xalqın azadlıq, müstəqillik arzusu... - Ziyad Ağayev "20 Yanvar"dan yazır
19-01-2023 [09:43]
1980-ci illərin sonu idi. Böyük imperiya süquta doğru gedirdi. Sovet hökuməti, həm siyasi həm də iqtisadi cəhətdən çökmüşdü. Belə bir vəziyyətdə qatil Mixail Qorbaçov hakimiyyətə gəldi.
O, SSRİ-ni süqutdan xilas etmək üçün yenidənqurma və aşkarlıq siyasəti həyata keçirməyə başladı. Lakin bu siyasət heç bir işə yaramadı. Bunu görən SSRİ rəhbərliyi cəmiiyyətin diqqətini yayındırmaq üçün müxətlif münaqişə ocaqları yaratdı, bizm bölgəmizdə - Qərbi Azərbaycanda və Qarabağda yaşayan yaşayan erməniləri isə azərbaycanlılara qarşı qızışdırmağa başladı.
Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salındı.1988-ci ildə xalqın səbri tükəndi və meydanlarda öz etirazlarını bildirməyə başladı. Bu etirazlar 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecəyə qədər davam etdi.Xalqımız azadlıq müstəqillik ədalət tələb edirdi.Bu etirazlar xalqımızın birlik simvoludur.
O şənbə gecəsi, o qətl günü,
Mümkünə döndərdik çox namümkünü (Bəxtiyar Vahabzadə)
Bəli, dahi şairimiz Bəxtiyar Vahabzadə düz deyirdi, xalqımız o qanlı gecədə bir çox namümkünü mümkünə çevirdi. Kimin ağlına gələrdi ki, vaxt gələcək Azərbaycan xalqı hər kəsin gözündə şişirdilmiş Qırmızı Orduya qarşı çıxacaqdı...
...19 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında əmr verildi. Lakin axşam saatlarında Azərbaycan televiziyasının enerji bloku partladıldığına görə bu əmr əhaliyə xəbər edilməmişdi. Saat 23:50-də qatil Sovet ordusu Bakıya daxil oldu. Xalqımız mərd cəsarətli qorxmaz xalq olduğu üçün Bakıya gələn tankların qarşısından qaçmadı. Qorxmadan çəkinmədən o tankların qarşısında durdu. Nəticədə 146 nəfər günahsız, öz haqqlarını tələb edən şəxslər öldürülmüş 744 nəfər yaralanmışdır.
Bu qanlı gecənin səhərisi günü Azərbaycan xalqının mərd oğlu Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev heçnədən qorxmadan çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək qəti şəkildə bu cinayətkarların cəzalandırılmasını tələb etdi.
22 Yanvar tarixində Bakıda fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq, 2 milyon insan yenidən meydanlara gələrək şəhidlərini dəfn etdi.
Biz müstəqil, qalib bir xalqıq. Biz 1988-1990-cı illərdə olan birliyi 2020-ci ildə 2-ci Qarabağ müharibəsində də gördük. Xalqımız Dəmir Yumruq əməliyyatı zamanı Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin və Qalib Azərbaycan Ordusunun ətrafında sıx birləşdi.
Biz Azərbaycan xalqı inanırıq ki Qarabağımıza,Şuşamıza, Cəbrayılımıza, Kəlbəcərimizə qayıtdığımız kimi tarixi torpağlarımız olan Qərbi Azərbaycanımıza, İrəvanımıza, Zəngəzurumuza qayıdacağıq.
Biz Azərbaycan gəncləri Ali Baş Komandan Prezident İlham Əliyev cənablarını daim dəstəkləyirik.
Başda 1-ci Qarabağ müharibəsi şəhidi, əmim Ziya Ağayev olmaqla, bütün şəhidlərimizə Allah rəhmət etsin. Allahdan qazilərimizə şəfa diləyirəm.
Ziyad Ağayev,
İqtisad Universitetinin (UNEC) tələbəsi
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib