Hafiz Hacıyev: “Cəmil Həsənlinin qızının qaynatasının İrəvanda mülkü, biznesi var”

img

03-05-2014 [13:27]


"Xatirinizdədirsə, mən hələ prezident seçkiləri ərəfəsindəki debatların birində Cəmil Həsənlinin üzünə dedim ki, sənin qızın erməniyə ərə gedib. O da qayıdıb dedi ki, mən bir xristianı müsəlman etmişəm. Yəni onun özü də bunu səmimi şəkildə etiraf elədi. Belə olan halda cəmiyyət Cəmil Həsənlidən başqa nə gözləməlidir ki?”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Milli Şuranın sədri Cəmil Həsənlinin "Azadlıq” qəzetindəki məqaləsində Leyla Yunusa qarşı baş verənləri faşistlərin yəhudilərə qarşı davranışlarına bənzətməsinə münasibətini açıqlayarlən deyib.
MMP sədri bildirib ki, Cəmil Həsənli erməniləri müdafiə etməyə məcbudrur: "Cəmil Həsənli məcburdur ki, ermənini müdafiə etsin. Erməni ermənini müdafiə etməlidir. Yəni bunların hamısı bir mənbədən qidalanan adamlardır. Onların hamısı dünyanın hər yerinə səpələnmiş, Azərbaycanı gözü götürməyən erməni lobbisindən, erməni xüsusi xidmət orqanlarından faydalanırlar. Hətta bu gün bilməlisiniz ki, Leyla Yunusun nəinki Antaliyada, eləcə də Ermənistanda da evi var. Cəmil Hənəslinin qızının qaynatasının, yəni onun qudasının İrəvanda "Armeniya” mehmanxanasının yaxınlığında "Ani” restoranın yanında böyük mülkü, biznesi var. Yəni bunların hamısı bir adamlardır. Cəmil Həsənli də, Əli Kərimli də İsa Qəmbər də, Leyla Yunusu müdafiə edən hər kəs Azərbaycan əleyhinə işlədikcə, onların ciblərinə xaricdən böyük pul axını gəlir. Ona görə də xaricdə mülklər, bağ evləri, villalar alırıar. Yəni yaşayışlarını orada qururlar. Bu baxımdan, mən dəfələrlə təklif etmişəm, tələb etmişəm ki, belə adamlar Azərbaycandan deportasiya olunsunlar”.
"Leyla Yunusun erməni kəşfiyyatının məsul şəxsləri, xüsusilə kəşfiyyat idarəsinin keçmiş məsulu Avetik Qukasyanla və digərləri ilə şəkilləri var”-deyə bildirən Hafiz Hacıyev eyni zamanda qeyd etdi ki, bütövlükdə bu satqın qadının onlarla bir yerdə yatıb-durmaqlarını sübut edən çoxsaylı faktlar var: "Bəlkə boş-boş danışaraq özlərini müdqaifə etməkdənsə, bu faktları ictimaiyyətə təqdim edələr?! Əlbəttə ki, etməzlər. Ona görə də Cəmil Həsənli qələt edir, başını daşa döyür. Bu gün Azərbaycanın qeyrətli oğulları var. Onlar zamanı çatanda lazımi addımlarını atacaqlar. Azərbaycan günü-gündən güclənir, çiçəklənir. Bunu gözü götürməyənlər isə öz cəzalarına çatacaqlar. Bundan tam olaraq əmin ola bilərsiniz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA