Ukrayna daxili işlər nazirinin vəzifəsini icra edən şəxsin adı açıqlandı

img

18-01-2023 [18:02]


Ukrayna daxili işlər nazirinin vəzifəsini icra edən şəxs məlum olub.

“Ukrinform” xəbər verir ki, polis generalı, psixologiya elmləri doktoru İqor Klimenko ölkə daxili işlər nazirinin müavini təyin edilib.

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, İ.Klimenko müvəqqəti olaraq həm də daxili işlər nazirinin vəzifələrini icra edəcək/Report.

Xatırladaq ki, bu gün Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölkənin daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR