"Konyaspor" serb baş məşqçi ilə müqavilə bağlayıb

img

17-01-2023 [15:42]


Dünən baş məşqçisi İlhan Palutla yollarını ayıran "Konyaspor" bu gün yeni baş məşqçi ilə müqavilə bağlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Palutun ayrılığının üstündən 24 saat geçməmiş klub serb mütəxəssislə anlaşıb.

Məlumata görə, klub 49 yaşlı baş məşqçi Aleksandar Stanojeviçlə 1,5 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Stanojeviç 2020-22 arasında çalışdırdığı "Partizan"la iki liqa çempionluq, bir dəfə isə Serbiya kubokunu qazanıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR