“Mən heç kimə pislik etməmişəm" deyən yazıçı Anar: "Əkrəm Əylisli mənim yaralı yerimdir" - "Əgər Əlisa Nicatı dahi adlandırırlarsa..."
17-01-2023 [12:12]
“Mən heç kimə pislik etməmişəm. Amma çörəyimin duzu yoxdur. Heç bir yaxşılıq etmədiyim adamlar heç vaxt mənim əleyhimə olmayıblar. Amma o adamlara ki, yaxşılıq etmişəm, birinci növbədə onların bir qismi nankorluq edib…”
Mia.az xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.
Anarın bu fikirləri həmkarı Əkrəm Əylisli haqda deyib-deməməsi haqda suala isə o, belə cavab verib: “Bu, Əkrəm deyil. Əkrəm heç olmasa, yazıçıdır. Bilirsiniz, Əkrəm mənim yaralı yerimdir. Çünki mənim dostum olub. Bir yerdə çörək kəsmişik. Yazıçı kimi onun əvvəl yazdığı əsərləri qiymətləndirirəm. Allah ona ömür versin. Bir məclisdə toplaşmışdıq. Mən onun şəninə sağlıq dedim. Onu böyük yazıçı adlandırdım. Hamı təəccübləndi. Dedilər, axı o, həmişə sənin əleyhinə danışıb. Dedim, danışsın. Biz dost olmuşuq, bu gün də onun ad günüdür, 85 yaş da az yaş deyil. Ona görə də istəyirəm ki, o, sağlam olsun.
Moskva mətbuatında, “Komsomolski Pravda”da onun haqqında rus dilində ilk yazını mən yazmışam. “Daş yuxular”dan sonra gördüm onu çox pisikdirirlər. Əslində haqlı edirdilər. “Daş yuxular” ermənipərəst əsərdir. Amma təklənməsini istəmədim. O yazını bizim dilə tərcümə edib “Azərbaycan” jurnalına verdim. Orada çap olundu. Ancaq onun tərəfindən heç bir reaksiya olmadı. Sonra dedi ki, yəqin o vaxt “Komsomolski Pravda”dan sifariş olunub, ona görə Anar məndən yazıb. Axı onu tanıyırdılar ki, sifariş də versinlər? O qəzetdə mənim bir neçə məqaləm çıxmışdı. Ona görə də bu yazı mənim təşəbbüsümlə çıxdı. O ki qaldı Əkrəmi böyük yazıçı adlandırmağıma, əgər İctimai TV-də Əlisa Nicatı dahi adlandırırlarsa, Əkrəmi böyük yazıçı saymamaq insafsızlıqdır”.
O, həmkarı Əkrəm Əylisli ilə dostluqlarının pozulmaması üçün əlindən gələni etdiyini, lakin bunun faydasız olduğunu bildirib: “Mən çox şey elədim bunun üçün. Amma o, buna getmədi. Mən onu Yazıçılar Birliyinə katib gətirdim. Bax bu otağın arxasında oturub mənim əleyhimə qiyam hazırlayırmış. Və mən bunu otuz ildən sonra bildim. Rəhmətlik Sabir Əhmədlinin ölümündən sonra çap olunan romanını oxuyanda bildim ki, Əkrəm və başqa bir cavan yazıçı deyiblər ki, Anarı buradan avtomatla çıxaracağıq, yerində oturacağıq...”.
MİA.AZ
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...