Nəsimi rayonunda həyətlər abadlaşdırılır - FOTO

img

17-01-2023 [10:00]


Bakının Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yenidən qurulması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Mia.az xəbər verir ki, ötən gün rayonun Məhərrəmov 31 saylı binanın  həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış ərazilərin çəpərləri sökülərək sakinlərin ümumi istifadəsinə verilib.

Eyni zamanda, 31  saylı ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Binanın giriş blokları təmir edilərək, pilləkənlər aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.

Mia.az-a verilən məlumata görə, həyətə bardur və tamet daşlarının vurulması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin  quraşdırılması işləri də nəzərdə tutulub.

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR