Mübariz Qurbanlının yeni köməkçisi kimdir? - FOTO

img

16-01-2023 [17:56]


 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri özünə daha bir köməkçi götürüb.

Mia.az xəbər verir ki, komitə sədri Mübariz Qurbanlı bu vəzifəyə komitədə iindiyədək müxtəlif vəzifələrdə işləmiş Rəhim Rəhimlini gətirib.

Xatırladaq ki, R.Rəhimli 1984-cü ildə İsmayıllı rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. 2009-cu ildən bu günə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Bu gündən etibarən isə fəaliyyətini sədrin köməkçisi vəzifəsində davam etdirəcək.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR